Bakıda kolbasadan milçək çıxdı (FOTO)

Kolbasa

Azərbaycanda kolbasanın içindən milçək çıxıb.

ANS PRESS-in məlumatına görə, şikayətçi Səbinə Yunisova saytımızın qaynar xəttinə əlaqə saxlayaraq başına gələn hadisəni bölüşüb.
O bildirib ki, Yasamal rayonunda marketlərdən birindən kolbasa alıb. Evdə kolbasanı doğradıqda isə belə bir mənzərə ilə rastlaşıb:

“Səhər saatlarında marketə gedərək övladım üçün səhər yeməyi hazırlamaq üçün kolbasa aldım. Evə gəldikdə dəhşətə gəldim”, – deyə şikayətçi bildirib.

Kolbasa