Bakıda konfrans keçirilir

XALQ,AZ xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, millət vəkilləri və ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb.

Mübariz Qurbanlı bildirib ki, konfransda milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək.

Daha sonra isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun geniş məruzəsi dinlənilib.

Tədbirdə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Aynur Sofiyeva, Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova çıxış ediblər.
Hazırda tədbir çıxışlarla davam edir.

 

Elgün