Bakıda konfrans

 

23

Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans işə başlayıb.
Konfransa 65 ölkədən 200-dək nümayəndə iştirak edir. İştirakçılar arasında iqtisadiyyat üzrə 3 Nobel mükafatı laureatı da var.
Bunlar London İqtisadiyyat Məktəbində iqtisadiyyat və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides və Nyu-York Universitetinin professoru Tomas Sargentdir.

Konfransın açılış mərasimində baş nazirin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və INCU prezidenti, professor Devid Uiddouson iştirak ediblər. Deyvid Uiddouson bildirib ki, bu tədbir gömrük sahəsində birinci qlobal konfrans olduğundan məhz gömrük sahəsində təcrübə mübadiləsi aparmaq bizim üçün əsasdır: “Aydın Əliyevə bu tədbirin keçirilməsində etdiyi təşəbbüsə görə təşəkkür edirəm. Biz burada gömrük sahəsində aparılan işlərin həm gömrük xidmələri, həm də sərhəd məsələrini, eyni zamanda ölkələrin maraq dairələrini nəzərə alaraq aparırıq”.
Konfrans mayın 23-dək davam edəcək.