Bakıda Lamborghini (FOTO)

z-1

XALQ.AZ xəbər verir ki, Bakının küçələrindən birində lüks sinfindən olan super avtomobil görünüb. Həmin avtomobilin fotosunu day.az saytına oxuculardan biri göndərib.

“Lamborghini Gallardo” model avtomobilin dövlət qeydiyyat nişanından da görünür ki, Gürcüstandan gəlib. Maşın Bakının otellərindən birinin qarşısında park edilib.

Qeyd edək ki, bu avtomobilin istehsalına 2003-cü ildən başlanılıb. Bu günə qədər cəmi 1300 ədəd belə avtomobil buraxılıb. Avtomobilin 10 silindirli mühərriki 560 at gücünə malikdir.

Qeyd edək ki, bu avtomobilin qiyməti 350 min dollara yaxındır.

Z-2

z-1