Bakıda məcburi köçkünlərin yataqxanası yandı

25

 

Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, birinci çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.

Hadisə yerinə gedən yanğınsöndürənlər alovu ram edə biliblər. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, yanğın demək olar ki, söndürülüb.

Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, yanğın elektrik qısaqapanmasından baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.