Bakıda “Məhəbbət tanqosu” baş tutdu (FOTO)

T-2

Dünən axşam Opera və Balet Teatrında “Məhəbbət tanqosu” balet tamaşa nümayiş edilib.

XALQ.AZ-ın məlumatına görə, balet tamaşa anşlaqla keçib. Balet tamaşasının quruluşçu xoreoqrafı olaraq Rusiyanın xalq artisti Liliya Sabitova özü tamaşada çıxış edib.

“Məhəbbət tanqosu” tamaşasında baş rolları xalq artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), əməkdar artistlər Veronika Arazova (Tereza) və Samir Səmədov (Migel) ifa ediblər.

Tamaşada Pyatsolla, Rodriges, Velaskes, Dienin musiqisi səslənir. Səhnə əsərinin libretto müəllifi Liliya Sabitova, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayev, kostyumlar üzrə modelyer Nəzakət Əhmədovadır.

T-1

T-2

T-3

T-4

T-5

T-6

T-7