Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq…

yol_2

Aprelin 14-də axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək Nərimanov və Xətai rayonları ərazisindəki “Ramstore” yol qovşağında (10-cu zavod dairəsi) “Azəravtoyol” ASC tərəfindən rənglənmə işləri aparılacaq.

ASC-nin mətbuat xidmətindən XALQ.AZ-a bildirilib ki, anoloji işlər bu gün axşam saatlarınadək Nizami rayonunda Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində də aparılacaq.

Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar isə nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir