Bakıda parkda ağacdan asılmış vəziyyətdə kişi meyiti tapılıb

 

18

 

Bakıda istirahət parkında ağacdan asılmış vəziyyətdə kişi meyiti tapılıb.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayon ərazisindəki parklardan birində qeydə alınıb. Parkda şam ağacından asılmış vəziyyətdə kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında əraziyə polis və prokurorluq əməkdaşları çıxıb.

Araşdırmalar nəticəsində mərhumun Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Ağahəsən Əli oğlu Məmmədov olduğu müəyyənləşib. Onun gecə saatlarında parka gələrək ağacdan özünü asaraq intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.