Bakıda partlayış oldu

Partlayis

XALQ.AZ-ın məlumatına görə, Bakının Dairəvi Yolunda, paytaxta giriş hissədə ağır yol nəqliyyat hadisəsi baş verib.

Yanacaq daşıyan maşının aşması nəticəsində 2 dəfə güclü partlayış olub.

Ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin hamısı sıradan çıxıb.

Hazırda yolda hərəkət tamamilə dayandırılıb.

Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi prosesi gedir. İlkin məlumata görə, yanğının əhatə dairəsi çox genişdir.

Hadisə zamanı yanğındaşıyan maşının sürücüsü ağır bədən xəsarəti alıb.

İlkin məlumata görə, ölüm hadisəsi qeydə alınmayıb.

Hadisənin növbəti gedişatı haqqında məlumat veriləcək.