Bakıda polis bu kişini axtarır

 

38

Bakıda 40 yaşlı kişi itkin düşüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Maştağa qəsəbəsi, M.Ələkbərov küçəsi ev 5 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü Sahib Məhərrəm oğlu Quliyev bir müddət əvvəl yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Bu barədə Sahib Quliyevin yaxınları Sabunçu rayon Polis İdarəsinə məlumat veriblər.
Məlumat daxil olan kimi həmin şəxsin axtarışlarına başlanılıb.

Qeyd edək ki, bu şəxsi görənlər Sabunçu rayon Polis İdarəsinə məluat verə bilərlər:

Əlaqə telefonları: (012) 455-02-02, (050) 750-60-06