Bakıda pulsuz yapon filmləri

yapon

Bakıda Yaponiyanın Azərbaycandakı səfirliyinin və “28 Cinema” kinoteatrının birgə təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə Yaponiya filmləri festivalı başlayır.

Bu münasibətlə ötən gün “28 Cinema” kinoteatrında mətbuat konfransı keçirilib.

Konfransda Yaponiyanın Azərbaycandakı səfirliyinin, “28 Cinema” kinoteatrının və “JTİ” şirkətinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, iyunun 20-dən 23-dək davam edəcək festival “28 Cinema” kinoteatrında keçiriləcəkdir. Budəfəki festival əvvəlkilərə nisbətən proqramının zənginliyi ilə seçilir.

Yapon dilində nümayiş olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcəkdir.

Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da “Hankyu qatarı”, “Xəttat qızlar”, “16 yaşlılar üçün Buşido”, “Məndən sənə”, “Xoşbəxt uçuş” filmləri nümayiş olunacaqdır.

Festival çərçivəsində göstəriləcək filmlərə giriş sərbəstdir.

Mətbuat konfransından sonra festivalın rəsmi açılış mərasimi keçirilib. İştirakçılar yapon mətbəxinin nümunələrindən dadıblar.