Bakıda qidadan kütləvi zəhərlənmə

zeher-1

Bakıda qidadan kütləvi zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, zəhərlənənlər Nəsimi rayonu ərazisindəki tikintidə işləyənlər olub. Bunlar Bakı şəhər sakinləri Təranə İsgəndərova, Arzu Hüseynova, Yelena Yakubova və Nataliya Lazerovadır. Qadınlar xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, aprelin 21-də Lerik rayonunun Zərdələrə kəndində 11 nəfər kənd sakini yas mərasimində zəhərlənmişdi. Onların arasında 3 azyaşlı da olub.

Yasda iştirak edənlərin qidasından götürülən nümunələr ekspertiza üçün Respublika Gigeyena Epidemologiya Mərkəzinə göndərilib. Zəhərlənməyə ilkin səbəb kimi yas mərasimi üçün Masallıdan alındığı deyilən toyuq ətinin boyat olması göstərilib.