Bakıda qrildən dırnaq çıxdı

Qril

Bakı sakininin aldığı qrildən dırnaq çıxıb.

Bakı sakini Asim Hacıyevin verdiyi məlumata görə, bu gün Neapol dairəsində yerləşən “Dadlı Qril” yazılan dükandan aldığı qrili yemək istəyən zaman içində dırnaq tapıb:

“Dərhal qrili aldığım yerə getdim. Verdiyim 5 manatı geri qaytardılar. Satıcı mənə dedi ki, bu toyuğu təmizləyən qadının dırnağıdır. Həmin qadını mənə göstərmədilər”.

Paytaxt sakininin sözlərinə görə, məsələ verdiyi 5 manatda deyildi: “Sadəcə istədim ki, insanlara, onları dolandıran muştərilərə hörmət etsinlər. Birdə belə şeyləri təkrar etməsinlər”.