Bakıda quldurluq edən 2 nəfər tutulub

 

44

Bakıda quldurluq edən 2 nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 8-i saat 00:30 radələrində Ziya Bünyadov prospektində naməlum şəxslər Bakı şəhər sakini İsmət Xudaquliyevin boğazına bıçaq dirəməklə pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar. Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər – əvvəllər məhkum olunmuş Ruslan Səfərov və Şamxal Məmmədov tutulublar.