Bakıda rəis həbs edildi

74
Dünən Nizami rayonunda yerləşən 117 saylı Mənzil İstismar Sahəsinin rəisi Bəşir Bəşirov həbs edilib.
Xalq.az  bildirir ki, bizimyol.info-nun yaxınlarından əldə etdiyi məlumata görə, onu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Nərimanov rayonu ərazisində, Dövlət Reyestr Xidməninin yaxınlığında saxlayıblar.
Mənbə bildirib ki, bir nəfər sakin B.Bəşirovdan MİS-in ərazisində yerləşən birotaqlı evinin özəlləşdirilməsində kömək etməyi xahiş edib. O da həmin adamdan aldığı 2 min manat pulu Dövlət Reyestr  Ximdmətində çalışan şəxsə vermək üçün gedərkən saxlanılıb. “MİS-in özəlləşmə məsələsində heç bir rolu yoxdur, ona görə B.Bəşirov günahsız tutulub”, -deyə mənbə bildirib. MİS rəsinin barəsində məhkəmənin hökmü ilə həbs-qətimkan tədbiri seçilib.