Bakıda stüard hazırlığına başlanıldı

Bu gündən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədi ilə seminar başlayıb.

XALQ,AZ xəbər verir ki,  tədbirdə Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Premyer Liqasında iştirak edən klublar, Bakı Olimpiya Stadionu və AFFA-nın əməkdaşları iştirak edir.

Təlim 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final oyununa və AVRO-2020-nin Azərbaycan paytaxtında təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunub. Əsas məqsəd təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır. Seminar aprelin 16-da başa çatacaq.

Qeyd edək ki, analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.

 

Elgün