Bakıda tanınmış iş adamının evinə silahlı basqın olub

 

4

 

Artıq üç həftədir ki, Azərbaycan televiziyalarında yayımlanan seriallar arasında tamaşaçılar tərəfindən izlənmə sayına görə reytinq göstəricilərində birinci olan “Toy gecəsi” bədii televiziya serialının 4-cü bölümündə də bir sıra maraqlı hadisələr cərəyan edir.

Belə ki, toy gecəsi oğlu qətlə yetirilən tanınmış iş adamı Cəlil Qafarovun evinə silahlı quldurlar tərəfindən basqın edilir. Bu zaman evdə yalnız Zərifə və onun qızı Aygün olur. Quldurlar onlardan sahibi olduqları şirkətin möhürünü tələb edirlər. Anasının öldürüləcəyindən əndişələnən Aygün basqınçılara möhürün yerini deyir. Bu hadisədən xəbər tutan Aslan hiddətlənir və möhürü basqınçıların əlindən almaq üçün hərəkətə keçir. Digər tərəfdən isə günahsız yerə həbs olunan, nişanı təxirə salınan tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanovun ailəsində böyük bir gərginlik yaşanır. Mələk xanım ərini məcbur edir ki, Muradın azadlığa buraxılması üçün nazirə zəng etsin. Elə bu məqamda polis rəisi Fuad Qəhrəmanova zəng edərək Səbinənin komadan ayıldığını bildirir. İndi hər şey – Muradın azadlığa çıxıb-çıxmayacağı Səbinənin ifadəsindən asılıdır. Və…

Bütün bu və digər hadisələrin təfərrüatlarını bilmək istəyirsinizsə, bu gün saat 19.00-da ATV kanalında yayımlanacaq “Toy gecəsi” bədii televiziya serialının 4-cü seriyasını izləməyi unutmayın.

 

5