Bakıda ticarət mərkəzi yandı

Yangin-2

Bu gün səhər saatlarında Bakıda daha bir ticarət mərkəzi alışıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın “20 yanvar” metrostansiyası yaxınlığında, Respublika Klinik Xəstəxanasının yanındakı kiçik ticarət mərkəzində qeydə alınıb.

Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülüb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə elektrik xətlərindəki nasazlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.