Bakıda ucuz avtomobillər satışa çıxarılır

XALQ.AZ xəbər verir ki, bəzi dövlət qurumları istifadəsiz avtomobillərini hərraca çıxarıb.
Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 21 avqust tarixində açıq auksion təşkil edəcək. Hərraca ümumilikdə 4 dövlət qurumunun 9 avtomobili təqdim edilib.
Balansında olan istifadəsiz avtomobilləri satmaq istəyən qurumlar Bakı Şəhər İcra hakimiyyəti, Mərkəzi Bank, Nazirlər Kabineti və Daxili İşlər Nazirliyidir.
İcra 1, MB 2, NK 2 və DİN isə hərraca 4 avtomobil təqdim edib.
Auksiona təqdim edilən ən bahalı avtomobil Nazirlər Kabinetinin balansındakı BMV-730 markalı maşındır. Avtomobil üçün ilkin satış qiyməti 15.750 manat müəyyən edilib.
Ən ucuz avtomobil isə BŞİH-nin balansındakı QAZ-31029 markalı maşındır. Onun da ilkin satış qiyməti 720 manatdır/Axar.az.
Orxan