Bakıda vəzifəli şəxs vəfat etdi

Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Nazim Həsənov vəfat edib.
XALQ.AZ lent.az-a istinadən xəbər verir ki, 54 yaşlı şöbə müdiri ürək xəstəliyi səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Nazim Həsənov xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin.