Bakıda yanğın – Video

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.
XALQ.AZ xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə “Taxta bazarı”nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.
“Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb”, – deyə Ş.İbadov vurğulayıb.
*****
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.
Etibar Mirzəyev  bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: “Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək”.
*****
Son məlumata görə, yanan Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyüdür.
 Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
 
*****
Bakıda səhər saatlarında güclü yanğın baş verib.
Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

 

 

Orxan