Bakıda yaşayış binası yanır

XALQ,AZ xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə paytaxtın Hüseyn Cavid prospekti 186 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki mənzillərdən birində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının fotoları sosial şəbəkələrdə yayılıb.

 

Elgün