XALQ.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlərindən verilən məlumata görə, iyulun 3-dən 4-ə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub.
“Bununla yanaşı “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən, iyulun 4-də gecə saatlarında havada disperstozun miqdarı norma daxilində olub, buna görə də havada müşahidə olunan dumanın səbəbi meteoroloji şəraitlə bağlıdır. Belə ki, meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək). Havada temperaturun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olaraq norma daxilinə düşüb”, – məlumatda bildirilib.
Orxan