Bakının mərkəzi rayonlarında su olmayacaq

17

 

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar 13 dekabr 2013-cü il tarixində gün ərzində Bakının Qaradağ, Səbail, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.