Baku 2015 medi üçün qapılarını açdı

Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı media nümayəndələri üçün tur təşkil edilib.

Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı media nümayəndələri üçün oktyabrın 27-də ilkin təqdimat keçirildi.

Xalq.az  xəbər verir ki, təşkilatçılar 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi üçün istifadə olunacaq məkan və yerlərin bəzilərini ilk dəfə olaraq ictimayyətə açıqlayıblar.

Bu məqsədlə Bakıda idman tədbirlərinin keçiriləcəyi bir sıra yerlərə yerli və xarici jurnalistlərin turu təşkil edildi.

Tədbirə rəhbərlik edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirdi ki, Olimpiya kəndində lazımi qaydada qurulmuş otaqlar və yaşayış sahələri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək atletlər üçün mümkün qədər ən gözəl şəraitlərin təmin edilməsinə yönəlmiş düşüncənin sübutudur.
Media turu Bakıda planlaşdırılan unikal oyunlar təcrübəsinə nəzər salmaq imkanı yaratdı. Eyni zamanda, turda Bakı İdman Zalı, Azadlıq meydanı, Gimnastika arenası və Olimpiya stadionunun görüntüləri təqdim olundu. Bu isə Avropa Oyunlaır üçün məkanların hazırlanması və tikintisi işində böyük irəliləyiş olduğunu göstərir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, atletlərin yüksək keyfiyyətli məkanlarla təmin edilməsi üçün gələn aylar ərzində stadionların və idman mərkəzlərinin yoxlanılmasına və mükəmməl şəkildə uyğunlaşdırılmasına diqqət yetiriləcək. Azərbaycan hökuməti Avropa Oyunların beynəlxalq idman təqvimində mühüm tədbir kimi göstərmək, eləcə də yeni hava limanı terminalını, 13 nəqliyyat layihəsini, o cümlədən bir çox digər infrastruktur və şəhərin abadlaşdırılması layihələrini nümayiş etdirmək üçün Bakının hər yerində genişmiqyaslı hazırlıq işlərinə sərmayə qoyur.

Bakıda Avropa Oyunlarının Təşkilat Komitəsinin baş icraçı nümayəndəsi Cim Şer isə bildirdi ki, Biz bu yaxınlarda Avropa Oyunlarına 600 gün qalmasının tarixini qeyd etdik. Ümidvarıq ki, Bakıya gələn qonaqlar qitənin ilk Avropa Oyunlarına vaxtın az qaldığı bir vaxtda get-gedə artan yarış həyəcanı və enerjini hiss etməyə başlaya bilər.


Comments are closed.