BAKUTİME.AZ FƏALİYYƏTƏ BAŞLADI

 

 

Artıq bu gündən Azərbaycan mətbuatında daha bir xəbər saytı  BAKUTİME.AZ  fəaliyyətə başlayıb. 

Bu barədə XALQ.AZ-a Zaur Mirzə-zadə  məlumat verib.

O bildirib ki, yeni yaradılmış portal rus dilində fəaliyyət göstərəcək. Saytda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin tələbələrə də portaldakı jurnalistlərin təcrübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalının məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Əsas məqsədimiz Ermənistanın işğalçı siyasəti barədə  rusdilli oxuculara məlumat verməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq.

Ən son xəbərləri  bakutime.az -da oxuyun!