BALAKƏN RAYON TƏHSIL ŞÖBƏSININ YENI INZIBATI BINASI HAZIRDIR

Təməli ötən ilin sonlarında qoyulan Balakən rayon təhsil şöbəsinin yeni inzibati binasının tikintisi artıq yekunlaşıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, ikimərtəbəli yeni binada 20-dən artıq iş otağı, habelə iclas zalı var.

Bina müasir istilik sistemi ilə təchiz edilib, həyətində 2 su anbarı, transformator yarımstansiyası quraşdırılıb. Yeni inzibati binanın yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, yeni tədris ilinə Balakənin 5 kəndində – Hənifə kəndində 480, Qazma kəndində 360, Qazbinə, Şambul və Qullar kəndlərinin hər birində isə 220 şagird yerlik yeni məktəb binalarının istifadəyə verilməsi də nəzərdə tutulub.