Bandotdel əməliyyat keçirdi-Həbs olunanlar var

bandotd

 

Respublika ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız və istifadə müddəti bitmiş qida məhsullarının satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri keçirilib.

XALQ.AZ xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlılıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar.

Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli külli miqdarda kolbasa və sosiska aşkarlanaraq götürülüb.

Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyənləşdirilib ki, satılan kolbasa və sosiska məmulatları istifadəyə tam yararsızdır, insan sağlamlığına təhlükə yarada bilər.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.

Vaxtı keçmiş kolbasa və sosiska aşkarlandı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.