“Bank of Baku” -nun qoçuları kimdir?

Bank
Azərbaycanda banklardan şikayətlər hər keçən gün daha da artır.
Bu dəfə jurnalist Əziz Əlibəyli şikayətini dilə gətirib.XALQ.AZ-ın azxeber.com-a istinadən məlumatına görə, o “Bank of Baku”nun əməkdaşının hərəkətindən əsəbiləşib: “BankOfBaku”nun işçisi zəng edib ki, “Əəə, krediti niyə ödəmirsən, gecikib”. Bu adama başa sala bilmədim ki, müştəriyəm, “Ə” deyiləm, axırda əsəblərimi cilovlaya bilmədim, dedim ki, o 5 min var idi, e yoxa çıxan, adını demirəm, elə osan ki, osan”
Jurnalist daha sonra qeyd edib ki, bank işçisi onu söhbətə çağırıb: “Sonunda qərara gəldik ki, bankla olan hüquqi münasibətləri küçə tərzi ilə söhbətdə həll edək. Məni davaya çağırır. Bu barədə Bankın qaynar xəttinə də zəng etmişəm, cavab yoxdur”.