Bankın işçısı haqqında cinayət işi açıldı

 

unibank

“Unibank” əməkdaşının qanunsuz əməlləri ifşa edildi

“Unibank” ASC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Bu barədə Xalq.az Modern.az-a istinadən məlumat verir ki,  ASC-nin Yasamal filialının Korporativ müştərilərə xidmət üzrə aparıcı mütəxəssisi Mehdi Abdullayevin öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq cari ilin mart ayında Bakı şəhərində yerləşən mənzili ipoteka təminatı ilə paytaxt sakini Əliş Nəzərəliyevin adına sənədləşdirməklə kreditin rəsmləşdirlməsi müqabilində ondan 1.300 manat məbləğində pul alması, həmçinin aralarında yaranmış münasibətlərdən istifadə edərək sonuncunun adına 2012-ci ilin may ayında cəmiyyətin Yasamal filialından 3.000 manat məbləğində kredit xətti açdırmaqla həmin hesabdan bankomat kartı vasitəsi ilə 2.000 manat məbləğində pulları çıxararaq şəxsi ehtiyacları üçün istifadə etməklə bankın qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələnmək üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.