Banklarda dollar satışı dayandı-Siyahı

102425124-currency-exchange-dollar.1910x1000
Dünənki valyuta hərracında dolların məzənnəsinin yüksəlməsi və hərraca çıxarılan vəsaitin azaldılması bankların işini çətinləşdirdi. Bu gün 4 bank ABŞ valyutasının satışını dayandırıb.
 
Həmin banklar bunlardır:

 

-Azərbaycan Beynəlxalq Bankı

-İran Milli Bankının Bakı filialı

-Atabank
Günaybank 

Xatırladaq ki, dünən adıçəkilən banklar limitlə dollar satışını həyata keçirirdi. “Günaybank” isə ümumiyyətlə limitsiz satıb. Dünən isə 1000 dollar limit müəyyən edib. İran Milli Bankının Bakı filial isə 500 dollar satırdı.
Xatırladaq ki, dünən hərraca cəmi 25 milyon dollar çıxarılıb. Bankların əksəriyyətinin tələbi ödənilmədiyindən onlar əllərindəki valyutanı satmaqdan imtina edirlər.