Baş bankirin “Bitcoin”la bağlı açıqlaması

Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan əhalisini kriptovalyuta almaqda ehtiyatlı olmağa çağırıb.

XALQ.AZ xəbər verir ki, baş bankir qeyd edib ki, ilin əvvəlində bu istiqamətdə müəyyən qiymətləndirmələr aparılıb:

“Bildiyiniz kimi, bu  sahədə qərarlar sərtləşdi. Davos forumunda kriptovalyutalar ətrafında   müzakirələr aparıldı. İlin əvvəlindən qiymətlərdə enmələr müşahidə olundu. Ona görə də əhali kriptovalyuta almaq istəyərkən olduqca diqqətli olmalıdır”.

Qeyd edək ki, son aylar məşhur kriptovalyuta sayılan “bitcoin”ə təlabatın artması ilə bağlı məlumatlar yayılırdı.