Baş məşqçi yığmamızın qələbəsindən danışdı

Mesqci

Xəbər verdiyimiz kimi qadın voleybolçulardan ibarət voleybol yığmamız bu gün dünya çempionatında ilk oyununa çıxıb.

XALQ.AZ-ın məlumatına görə, bir qədər əvvəl başa çatmış qarşılaşmada millimiz Yaponiyanı məğlub edib. Oyundan əvvəl gündoğar ölkənin qələbə qazanacağı proqnozlaşdırılsa da, təmsilçilərimiz bütün təxminləri alt-üst edib və azarkeşləri sevindiriblər. Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında kapitanlar və məşqçilər oyun haqqında danışıblar.

Aleksandr Çervyakov (Azərbaycan, baş məşqçi): “Birinci setdə komanda özünü itirmişdi. Lakin sonradan oyunçular özlərinə gəldilər. Hesab edirəm ki, biz qrupun favoritini məğlub etdik”.

Oksana Parxomenko (Azərbaycan, kapitan): “İlk növbədə, məşqçilərə və qızlara sonadək mübarizə apardıqlarına görə təşəkkürümü bildirirəm. Çox yaxşı oyun oldu. Bilirdik ki, asan olmayacaq. İşimizin nəticəsi özünü bu gün göstərir”.

Masayosi Manabe (Yaponiya, baş məşqçi): “Azərbaycan komandasını təbrik edirəm. Onlar bu gün daha konsentrasiyalı idilər. Bizdən daha yaxşı oynadılar. Bizsə özümü sabah göstərməyə çalışacayıq”.

Saori Kimura (Yaponiya, kapitan):”İlk oyunu uda bilməməyimiz pis oldu. Sabah daha yaxşı oynamağa çalışacayıq. Azərbaycan millisindən belə oyun gözləmirdik”.