Baş nazir Ərdoğanın andiçmə mərasimində iştirak edir

 

36

Türkiyənin xalq tərəfindən seçilmiş yeni prezidenti, keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün rəsmən dövlət başçısı postunda fəaliyyətə başlayacaq. Modern.azsaytı xəbər verir ki, prezidentin inauqurasiya mərasimi Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. Ərdoğan əvvəlcə Türkiyə Böyük Millət Məclisinə gedəcək, sonta Atatürkün Mavzoleyini ziyarət edəcək, 18.30-da isə Çankaya köşkünə gedəcək. Prezident daha sonra – gecə saatlarında Əhməd Davudoğluna yeni baş nazir kimi Nazirlər Kabinetini qurmaq səlahiyyəti verəcək.

Prezidentin andiçmə mərasimində Azərbaycanın baş naziri Artur Rasizadə də iştirak edir. Bunu Modern.az-a Milli Məclisin Türkiyədə olan deputatı Eldar İbrahimov bildirib.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayib Ərdoğan 52 faizə qədər səs toplayaraq prezident seçilib. Dünən isə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP)  qurultayı keçirilib. Partiyanın sədri yeni baş nazir Əhməd Davudoğlu seçilib. Qurultayda Azərbaycanın hakim partiyasını təmsil edən nümayəndə heyətinin üzvləri – Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Türkiyənin yeni prezidenti Ərdoğanla görüşüblər.