Baş nazir Adnan Oktara zəng etdi

Adnan

“Kedicik”lərə görə Türkiyə baş nazirinin müavini Bülət Arınçla münasibətləri pozulan türkiyəli ilahiyyatçı Adnan Oktar ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ona zəng etdiyini açıqlayıb.

Xalq.az-ın məlumatına görə, Adnan Oktar sahibi olduğu A9 kanalında qəribə açıqlamalar verib. Efir zamanı Adnan Oktar baş nazir Ərdoğanın ona zəng vurduğunu söyləyib. Oktar bildirib ki, Ərdoğan ona zəng edərək Şeyx Nazim Kıbrısinin telefon nömrəsini istəyib.

“Baş nazirimiz Tayyib Ərdoğan, aslan baş nazirimiz bizdən şeyximizin nömrəsini istədi. Onunla görüşmək istəyirdi. Biz də şeyximizin telefon nömrəsini ona verdik. O, Kıbrısını çox sevdiyini və onun ziyarətinə getdiyinin də söyləyib”.