Baş nazir Çavuşoğlu ilə görüşdü

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş nazir Novruz Məmmədovla görüşüb.

 

XALQ.AZ xəbər verir ki,  bu barədə M. Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.

“Üç ay əvvəl yeni vəzifəyə başlayan baş nazir Novruz Məmmədovla görüşdük. Görüşdə qardaş Azərbaycanla mükəmməl səviyyədə olan əlaqələrimizi daha da irəli səviyyələrə daşımaq ətrafında müzakirə apardıq”, – deyə nazir qeyd edib.

 

 

Orxan