Baş nazir gecə saatlarında vəfat etdi

Картинки по запросу Konstantin Miçotakis

 

Yunanıstanın keçmiş baş naziri Konstantin Miçotakis 99 yaşında həyatını itirib. XALQ.AZ xəbər verir ki, Miçotakis ötən gecə saat 03:00-da keçinib.

Qeyd edək ki, Yeni Demokratiya Partiyasının rəhbəri Kiryakos Miçotakis və keçmiş xarici işlər naziri Dora Bakoyanninin atası olan Miçotakis 1990-1993-ci illərdə Yunanıstan Baş naziri vəzifəsini daşıyıb.

Yunanıstanın görkəmli siyasət və dövlət xadimi Eleftherios Venizelosun da qohumu olan Miçotakis 1967-ci ildə hərbi xunta tərəfindən həbs olunmuş, lakin daha sonra Türkiyəyə qaçmışdı. Yunanıstan parlamentində uzun illər xidmət edən Miçotakis 1974-ci ildə ölkəsinə qayıdana qədər sürgündə yaşayıb.