Baş nazir hesabat verəcək

Hökumət mart ayında Milli Məclisə hesabat verəcək.

Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabatın martın 10-19 aralığında verilməsi gözlənilir. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcəklər. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda parlamentin 2 plenar iclası keçirilib. Milli Məclisin növbəti plenar iclası fevralın 23-də keçiriləcək.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir