Baş nazir jurnalistləri ələ saldı

Tailandın baş naziri suallardan yayınmaq üçün kartondan hazırlanmış maketini jurnalistlərə təqdim edib.

XALQ.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, Tailandın baş naziri Prayut Çan-oça jurnalistlərin suallarından bezərək maraqlı üsula əl atıb. Baş nazir paytaxt Banqkokda parlament binası qarşısında onu gözləyən jurnalistlərə əl edib və kartondan hazırlanmış maketini onlara göstərib. “Mənə verəcəyiniz bütün sualları bu adama verin” deyərək, binanın qarşısından uzaqlaşan nazir hamını heyrətə salıb.

Qeyd edək ki, o, 2014-cü ildə həyata keçirilən hərbi çevrilişə başçılıq edib. Baş nazir, o vaxtdan bəri hər il seçkiləri təxirə salıb ki, bu da əhalinin etirazına səbəb olub.

Həbib