Baş nazir qərara dəyişiklik etdi

Baş nazir Novruz Məmmədov “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

XALQ.AZ xəbər verir ki, qərar “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə dəyişdirilib.

Dəyişikliyə görə, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 43-cü hissəsindən “Prezidenti yanında” sözləri çıxarılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir