Baş nazir siyasətdən gedir

14

Gürcüstanın baş naziri Bidzina İvanişvili oktyabrın 27-də keçiriləcək prezident seçkilərindən bir neçə həftə sonra siyasətdən getmək niyyətində olduğunu bəyan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Estoniyada səfərdə olan B. İvanişvili öz missiyasını yerinə yetirdiyini bildirib: “Mən çox yaxşı komanda qoyub gedirəm. Hesab edirəm ki, mənim yeni rolum daha maraqlı olacaq. Siyasətə qayıtmağı qətiyyən düşünmürəm”.

Qeyd edək ki, B. İvanişvili sentyabrın əvvəlində Gürcüstan cəmiyyətinə açıq məktubla müraciət edərək siyasətdən getmək niyyətini ətraflı izah edib. O, vətəndaş cəmiyyətinin inkişafı üçün çalışacağını deyib. Baş nazir öz gedişi barədə əvvəlcədən ictimaiyyəti məlumatlandıracağını və öz yerinə layiqli bir şəxsi hökumət başçısı postuna təklif edəcəyini açıqlayıb.