Baş nazir türk nazir ilə görüşdü

Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başlayıb.

 

XALQ.AZ xəbər verir ki,  nümayəndə heyətini hava limanında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər rəsmi şəxslər qarşılayıb.

Qarşılama mərasimindən sonra Novruz Məmmədov və Nihat Zeybəkçi arasında görüş keçirlib.

Qeyd edək ki, Novruz Məmmədov və Azərbaycan nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedib.

 

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.