Baş nazir Türkiyəyə qayıtdı

 

7

Türkiyə baş naziri rəsmi tvitter hesabında da İraqda girov götürülən, başda Mosul baş konsulu olmaqla 49 türk diplomatının azad edilməsi ilə bağlı ailələrə gözaydınlığı verib. 

 

XALQ.AZ  xəbər verir ki, bu barədə tvitter hesabında yazan baş nazir Əhməd Davudoğlu türk vətəndaşlarının səhər saat 5-də Türkiyəyə gətirildiyini bildirib:

“Əziz millətimin gözü aydın olsun. İraqda girov götürülən vətəndaşlarımızı bu gün səhər ölkəmizə gətirdik. Çox çətin dövr keçirən və bu gün ölkələrinə dönən vətəndaşlarımızı bağrıma basıram. Təkrar gözümüz aydın olsun”.

Prezident Ərdoğan da türk diplomatları və ailələrinin azad olunmasına münasibətini bildirib və bunu uğurlu bir əməliyyatın nəticəsi adlandırıb: “Öncədən planlaşdırılmış, bütün xırdalıqları hesaba alınmış və tam gizli şəkildə bu gün gecə ərzində davam edən, sabaha yaxın uğurla başa çatan bu əməliyyata görə baş nazir və bu işdə əməyi olanlara təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, azad edilən türklər hazırda Şanlıurfa hava limanına aparılır.

Xatırladaq ki, Bakıda səfərdə olan Türkiyənin baş naziri məhz bu xəbərdən sorna ölkəsinə qayıdıb.