Baş nazir görüş keçirdi

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyası işə başlayıb.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sessiyada iştirak edir.

Sessiyada “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin, eləcə də digər iki namizəd şəhərin təqdimatı keçiriləcək.

Baş Nazir Parisdə Baş Assambleyanın sessiyasında iştirak edir

*****
Parisdə, Yelisey sarayında Azərbaycanın Baş naziri Novruz Məmmmədovun Fransa Prezidentinin müşaviri Filip Etyen ilə görüşü olub.

 

XALQ.AZ xəbər verir ki, görüş zamanı əsasən ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.

Xatırladaq ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransada səfərdədir.

 

 

Orxan