Baş nazirin avtomobili atəşə tutuldu

kortej

Xalq.az Lent.az-a  istinadən məlumat  verir ki, baş nazirin müşaviri bildirib ki, sui-qəsd nəticəsində xəsarət alan olmayıb.

Bir qrup naməlum silahlı paytaxt Sanada Yəmənin baş naziri Məhəmməd Basindvanın olduğu avtomobil karvanını atəş tutub.

Basqın avqustun 31-də gecə saatlarında hökumət başçısı işdən evə gedərkən baş verib.

Xatırladaq ki, Avqustun əvvəlində bir sıra qərb dövlətləri «əl-Qaidə»-nin terror törədəcəyi təhlükəsi üzündən Yəməndəki səfirliklərini müvəqqəti olaraq, bağlayıb.

Avqustun 21-də isə Yəmənin liman şəhəri Ədənədə şəhər kəşfiyyat idarəsinin başçısı polkovnik Əli Hadi qətlə yetirilib.