Baş nazirin evinə silahlı hücum

 

25

Liviyada naməlum şəxslər baş nazir Əhməd Maytıqın evinə hücum edib.

Verilən  məlumata görə, evə hücum edən şəxslərdən biri öldürülüb.
Naməlum silahlılar baş nazirin Liviyanın paytaxtı Tripolidə yerləşən iqamətgahına hücum edərək, ora əl qumbaraları atıb. Nazirin cangüdənlərilə silahlar arasında atışma nəticəsində bir nəfər öldürülüb.

Maytıqın özü hadisə nəticəsində xəsarət almayıb. Hücum edən şəxslərdən bir yaralanıb, digəri isə polis əməkdaşları tərəfindən həbs edilib. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.