Baş nazirin ilk xarici səfəri

Azərbaycanın baş naziri Novruz Məmmədov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

 

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun xarici ölkəyə ilk səfəridir.

 

 

Orxan