Baş prokuror qəbul keçirəcək

zakir
Baş prokuror Zakir Qaralov cari il aprelin 21-də saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.