Baş Prokurorluq seçkilərlə bağlı məlumat yaydı

Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.

Bu barədə XALQ.AZ -a Baş Prokurorluun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.