Baş redaktor ATƏT-i ifşa etdi

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının üzvlərinin Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirləri Azərbaycana qarşı əvvəlcədən hazırlanmış təxribat idi.

Qeyd edək ki, bunu T  ATƏT DTİHB-nin müşahidə missiyasının bu gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransında səsləndirdiyi qərəzli fikirlərə etiraz edən siyasi ekspert Bəhruz Quliyev deyib.

Xatırladaq ki, seçkilərdə müşahidələri ilə bağlı həqiqəti əks etdirməyən fikirlər səsləndirən missiya sonda bildirib ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Ekspert bildirib ki, müşahidə missiyasının seçkiləri izləməsində əvvəlcədən təxribat, qərəzlilik hiss olunurdu: “Məqsədləri Azərbaycanı tənqid etmək idi. Nəticə də göz qabağında oldu. Azərbaycanda prezident seçkilərini izləyən bütün beynəlxalq müşahidəçilər müsbət mövqe açıqladı və prosesi yüksək qiymətləndirdi. Lakin ATƏT DTİHB tamamilə qərəzli mövqe nümayiş etdirmək istədi”.

B.Quliyev qeyd edib ki, əslində Büronun bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanmışdı: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu bəyanatı Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişi ilə hazırlayıb. Onların Azərbaycana qarşı tutduqları irad nə idi? Guya namizədlər arasında fərq qoyulub, hər kəsin namizədliyini irəli sürməsinə imkan verilməyib. Amma əslində onların guya təzyiqə məruz qaldıqlarını iddia etdikləri şəxslər özləri seçkiyə qatılmayıb, onlara qarşı heç bir təzyiq olmayıb. Buradan da aydın olurdu ki, onların bəyanatı sırf Azərbaycana qarşı qərəzlə dolu idi. Biz onlara sübut etdik ki, verdikləri bəyanat reallığı əks etdirmir, əvvəlcədən hazırlanan qərəzdir”.

O əlavə edib ki, DTİHB-nin müşahidə missiyası Azərbaycana seçkiləri izləməyə deyil, siyasi sifarişlə, düşünülmüş şəkildə ölkəyə qara yaxmağa gəlib: “Bu onların ilk yanaşmalarında da hiss olunurdu. Onlar seçkini izləmək məqsədilə deyil, sırf qərəz, şantaj və böhtan xarakterli mövqe ilə gəlmişdilər. Onların bu məqsədləri Azərbaycan jurnalistlərinin hesabına aşkarlandı. Məlum oldu ki, onlar hansısa antiazərbaycan qüvvələrin sifarişi ilə ölkəyə gəlib öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Buna isə nail ola bilmədilər”.

 Bildirir ki,, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.Azərbaycanda Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.